Fərman Salmanovun abidəsinə 100 min manat ayrılır

13.10.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az-ın xəbərinə görə, Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” MMC bununla bağlı hazırlıq görür.

MMC tərəfindən abidənin ucaldılmasına 99 min 906 manatın ayrılması nəzərdə tutulub.

F. Salmanovun abidəsi Səməd Vurğun küçəsi, “Xəqani İbrahimov” adına parkın ərazisində yerləşəcək.

Qeyd edək ki, Fərman Salmanov Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanıdır.

Könül
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью