Icma.az, 525.az portalına istinadən məlumat verir.
Fransada Overn bölgəsində Mişel Düpon adlı fermer ona məxsus ərazidə təsadüfən qızıl yatağı aşkarlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat alan dövlət qurumları dərhal ərazini nəzarətə götürüblər.
Onlar Düpona hər hansı qazıntı aparmağı qadağan ediblər.
Fransa qanunlarına görə, şəxsi ərazidə olsa belə, tapılan sərvətlər dövlətə məxsusdur. Bu üzdən qızıldan fermerə pay çatmayacağı dəqiqdir.
Qeyd edək ki, ilkin hesablamalara görə qızıl mədənində 150 ton qızıl var. Xəzinənin ümumi dəyəri isə təxmini 3,2 milyard avrodur.
L.Tağıyeva