Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hindistanın Qucarat ştatında baş verən iki ayrı bəbir hücumu nəticəsində fermer və iki yaşlı uşaq xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.
İlk hadisə zamanı bəbir tarlada işləyən fermer Rumal Mahedaya hücum edib. O, başından, üzündən və qollarından ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Digər hadisədə isə bəbir valideynləri ilə birlikdə açıq havada yatan iki yaşlı uşağa hücum edib. Yırtıcı uşağı tutaraq təxminən 200 metr sürüyüb. Bu zaman oyanan valideynlər bəbirə daş ataraq onu uzaqlaşdırıblar. Uşaq da xəstəxanaya aparılıb.
Meşə Təsərrüfatı Departamentinin əməkdaşları hücumları törədən bəbirləri axtarırlar. Hadisələrin baş verdiyi ərazidə xüsusi qəfəslər quraşdırılıb.
Aytəkin TOFİQQIZI