Fermerlər çıxılmaz durumda: Su problemi kəndliləri təngə gətirib

18.09.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Cəlilabadda fermerlər suvarma problemindən əziyyət çəkirlər.

Maldarlıqla məşğul olan təsərrüfat sahiblərinin sözlərinə görə, Muğan-Salyan kollektorundan təsərrüfatlara suyun verilməsi dayandırılıb.

Fermerlər bildirirlər ki, nəticədə 700-dən çox mal-qara susuz qalıb, yonca sahələri isə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

BAKU.WS xəbər verir ki, sakinlər yaranan problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Fermerlərdən biri suyun əvvəllər fasiləsiz verildiyini deyib və vəziyyəti belə ifadə edib:

"Gözümü açandan bu kanaldan həmişə su axıb. İçməli su kimi olmasa da, bütün mal-qara üçün ondan istifadə etmişik, əkinimizi suvarmışıq. İndi suyumuzu kəsiblər. Pensiyaçı adamam, maşınla su almağa pulum yoxdur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью