Icma.az, Milli.az portalına istinadən məlumat verir. Azərbaycanda dabaq kimi iti yoluxucu virus xəstəliyi illərdir ki, heyvanları qırır.
Son aylarda isə vəziyyət daha da kəskinləşib, yoluxma halları kütləvi xarakter alıb.
Dabaq xəstəliyi mal-qara və qoyun kimi heyvanlarda yayılan, olduqca yoluxucu virus mənşəli bir xəstəlikdir.
Heyvanlarda ağızda və dırnaqlarda yaralar, yüksək istilik, iştahsızlıq kimi əlamətlərlə başlayır və zəifləmiş orqanizm nəticədə ölümlə üzləşir.
Bəzi fermerlər vaksinasiyanın zəif olduğu üçün heyvanlara təsir etmədiyini bidirirlər.
Fermərlərin sözlərinə görə, bu xəstəliyə görə minlərlə manat ziyana düşüblər.
Hətta bəzi heyvanların 2-ci dəfə həmin xəstəliyi tutduğunu bildirirlər.
Məsələ ilə bağlı Aqrar Xidmətlər Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il ölkədə epizootik vəziyyətin sabit saxlanılması məqsədilə dövlət vəsaiti hesabına illik Epizootiya əleyhinə Tədbirlər Planına uyğun olaraq ildə 2 dəfə olmaqla vaksinasiya tədbirləri həyata keçirilir.