Fermerlər pomidoru camaata pulsuz paylayır Sahələrdə məhsul tökülüb qalıb | Icma.az
Icma.az, Mia.az portalına istinadən məlumat yayır. “Bayern Alman Aqrar Xidməti” (BAAX) MMC maraqlı məlumatla ictimaiyyətə müraciət edib.
Peşəkar əkinçilik mədəniyyətinin təbliği və tətbiqi ilə məşğul olan şirkət əkin sahələrindən birinin məhsulunu pulsuz paylamağı qərara alıb.
Mia.az xəbər verir ki, bununla bağlı şirkətin təmsilçisi sosial şəbəkə hesabından izləyicilərinə məlumat verib.
Onun sözlərinə görə, pulsuz pomidor aksiyası avqustun 18-dən sentyabrın ilk on günlüyünə qədər müddətində aktiv olacaq.
Qeyd edək ki, sahibkarın qeyd etdiyi pomidor sahəsi Bakıdan 100 km kənarda yerləşən Şoraabad qəsəbəsində yerləşir.
Sahibkar qeyd edib ki, 1 hektar sahədə yetişən müxtəlif sort pomidor 120 ton təşkil edir.
Satış bazarının olmaması, məhsulun toplanması üçün işçi qüvvəsinin çatışmazlığı səbəbindən sahibkar məhsul bostanda zay olmasın deyə, pulsuz paylamağa qərar verib.
İnsanlar alver üçün yox, öz şəxsi ehtiyacı üçün özləri ilə qablaşdırma vasitələri gətirərək, bostandan özləri məhsulu toplayıb apara bilər.
Tam oxu
Xəbəri oxu