“Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün nəticələri” COP30 da təqdim ediləcək

31.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıdakı 29-cu sessiyasında (COP29) elan edilmiş “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün nəticələri” Braziliyada COP30-da təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.

“COP29-da “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” rəsmən elan edilib. Bu, çox uğurlu təşəbbüsdür. İndi harmoniyanın məqsədlərinə nail olmaq üçün bütün tədbirləri həyata keçirməyə çalışırıq”, - deyə L.Cabbarova qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью