Fermerlərə 42 milyon manatlıq güzəştli kredit ayrılıb

17.08.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin ilk beş ayında kənd təsərrüfatı sahəsində texnika və avadanlıqların alınmasının maliyyələşdirilməsinə yönəlik aktivlik qeydə alınıb.

“Yeni Sabah” Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir ki, yanvar-may aylarında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə ümumilikdə 3 667 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib.

Hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən şəxslərin 1 511 müraciəti əsasında ümumilikdə 42,265 milyon manat güzəştli kredit ayrılıb. pizza sifarişi

Bu vəsaitin 32,8 milyon manatı texnika və avadanlıqların alınmasına, 9,4 milyon manatı mikrokreditlərə, 65 min manatı isə digər güzəştli kreditlərə yönəldilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью