Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“Bu, fermerlərə maliyyə resurslarına əlçatanlığı təmin edən və subsidiya, dəstək mexanizmini artıran qanun layihəsidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında yeni - “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Rzayev bildirib.
“Mülkiyyətində, istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı torpaqlar olan şəxslər əkinçilik sahəsində məhsul şəhadətnaməsi buraxa bilərlər. Məhsul şəhadətnaməsi qiymətli kağız kimi müəyyən olunub və mübadilə prosesində vacib sənəd kimi təqdim olunur”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı