Fermerlərə əlavə yük: aqrar məhsullar bahalaşa bilər Deputat açıqladı

18.11.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov parlamentdə Vergi Məcəlləsinin müzakirəsi zamanı deyib.

Deputat hesab edir ki, Vergi Məcələsinə təklif olunan dəyişikliklər fermerlər üçün əlavə maliyyə və inzibati yük yarada bilər. 

Məşhur Məmmədov qeyd edib ki, 386 min fermer nəzərə alınarsa, büdcəyə hər fermer üzrə ildə cəmi 40 manat vəsait cəlb olunması nəzərdə tutulur. Lakin kənd təsərrüfatı fəaliyyəti vergi uçotuna cəlb edilən fermerlərin mühasibat uçotunu aparmaq üçün əlavə işçi qüvvəsinə ehtiyacı yaranacaq.

Deputatın sözlərinə görə, minimum əməkhaqqının 400-450 manat olduğu şəraitdə bir mühasibin illik əmək xərci ən azı 5 500-7 500 manat təşkil edə bilər. Bu isə fermerlərin büdcəyə ödəyəcəyi məbləğlə müqayisədə dəfələrlə artıq xərc artımına, həm də bahalaşmaya səbəb olacaq.

O bildirib ki, yüz minlərlə fermer üçün ayrıca mühasib tapmaq, xüsusilə regionlarda, real görünmür:

Məşhur Məmmədov hesab edir ki, 14,5 milyon manatlıq büdcə gəliri naminə fermerlərin mühasibat uçotuna yüz milyonlarla manat əlavə vəsait xərcləməsi kənd təsərrüfatı məhsullarının bahalaşmasına və aqrar sahədə çalışan insanların problemlərlə üzləşməsinə səbəb ola bilər.

Deputat qanun layihəsinin ikinci oxunuşunda məsələyə yenidən baxmağa çağırıb. O vurğulayıb ki, bu məsələnin nəzərə alınması bütün fermerlər üçün müsbət addım olar.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью