Fermerlərə güzəştlər ediləcək Nazir AÇIQLADI

20.11.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün üç əsas məqsədi var".

Milli.Az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

"Birinci məqsəd indiyə kimi olmuş bütün aqrar təşəbbüslərin və bununla fəaliyyət göstərən 81-dən çox müxtəlif qrup və heyətlərin bir araya gətirilməsidir.

İkinci məqsədimiz aqrar sahəyə təsir edən iqlim dəyişikliyi ilə bağlı maliyyələşmənin düzgün yönləndirilməsinə xidmət etməkdir.

Üçüncü və ən vacib məqam isə bunun hamısının fermerlərə dəstək olması üçün onların dəyişən iqlimə uyğunlaşan kənd təsərrüfatında fəaliyyət göstərmələrini təmin etməkdir", - deyə nazir bildirib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью