Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Onlar əkin məlumatlarını bəyan etməlidirlər Əkin və torpaq məlumatlarını sistemə daxil etməyən şəxslərə subsidiya ödənilməyəcək.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib.
Qeyd olunub ki, payızlıq əkinlərin bəyan müddəti 2024-cü il dekabrın 30-da başa çatdığından həmin vaxtadək əkin və torpaq məlumatlarını, digər tamamlayıcı sənədləri (torpaq analizinin nəticələri, aqrar sığorta müqaviləsi və s.) sistemə daxil etməyən şəxslərin subsidiya ilə bağlı elektron ərizəsi formalaşmayacaq və onlara subsidiya ödənişi həyata keçirilməyəcək.
Nazirliyin müraciətində bildirilir ki, fermerlər əkinləri bəyan etmək üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yaratdıqları şəxsi kabineti aktivləşdirməli, öz torpaq və əkin məlumatlarını müvafiq bölmələrə daxil etməlidir.
Əkinləri bəyan edərkən hər hansı çətinliklə üzləşə biləcək fermerlər texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri, Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müraciət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.
Bununla yanaşı, fermerlər bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, fermerlərə bəyanı daxil etdikdən sonra “Müraciət et” düyməsinə sıxmadan dekabrın 30-dək bəyanı dəyişdirmək imkanı yaradılıb.
Bəyan edilən bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, fermerlər bəyanla eyni gündə “Müraciət et” düyməsinə sıxmaqla müraciətini yekunlaşdıra bilər.