Qol.az saytına istinadən Icma.az xəbər verir.
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes “Mançester Yunayted”in ona maraq göstərməsi barədə yayılan xəbərləri şərh edib.
QOL.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, 22 yaşlı futbolçu Kataloniya klubunda qalmaq istədiyini bildirib:
“Belə xəbərlərə fikir vermirəm. “Barselona”da mümkün qədər uzun müddət qalmaq istəyirəm və ümid edirəm ki, karyeramı məhz bu klubda başa vuracağam”.
Qeyd edək ki, Lopes cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. “Barselona” La Liqada 30 xalla liderdir. “Mançester Yunayted” isə Premyer Liqada 7 xalla 17-ci pillədə qərarlaşıb.