Fermin Lopez Premyer Liqa təmsilçilərinin radarında

22.08.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopez ilə İngiltərə Premyer Liqası təmsilçiləri yaxından maraqlanırlar.

Apasport.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" ispaniyalı futbolçunu rənglərinə bağlamaqda israrlıdır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Hər iki klub 22 yaşlı oyunçu üçün 80 milyon avroluq rəsmi təklif göndərib.

"Barselona" rəhbərliyi bu transferin reallaşması ilə qeydiyyat problemlərinin aradan qalxacağına inansa da, Hansi Flik Fermini satmaq niyyətində deyil.

"Şaxtyor"un hücumçusu "Milan"ın hədəfində Kuluşevski üçün 2025-ci il başa çatıb Pedro Nuno Rumıniya klubunda Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Messinin qolu ən yaxşı seçildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью