Idman.biz saytına istinadən Icma.az xəbər verir.
"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopez digər futbolçuların həyat tərzinin onun maliyyə idarəçiliyinə təsir edib-etməməsi ilə bağlı suala cavab verib.
“Bu, daha çox fərdilik və özünüz olmaq məsələsidir.
Kiminsə “Lamborgini” olması mənim də onu almalı olduğum anlamına gəlmir. Pulunuzu istədiyiniz şeyə xərcləməlisiniz”, - İdman.Biz Ferminin sözlərini sitat gətirir.