futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin transferi planından imtina edib.
Futbolpress.az xəbər verir ki, bu barədə “talkSPORT” nəşri məlumat yayıb. Ərəbistan təmsilçisi 32 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə danışıqları bərpa etməyəcək. Buna səbəb yayda Qabriel Martinelli, Olli Uotkins və Krisensio Summervillin transfer olunması ilə legioner limitinin tam dolmasıdır.
Baş məşqçi Maykl Karrikin taktiki qərarlarından narazı olan Fernandeşin “Mançester Yunayted”dəki gələcəyi isə sual altındadır. İngiltərə klubunun müqaviləni 2028-ci ilin yayına kimi uzatmaq opsiyası olsa da, tərəflər arasında yeni sözləşmə üzrə danışıqlarda heç bir irəliləyiş qeydə alınmayıb.