Fernandes Əl Hilala keçə bilər

07.05.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

"Əl-Hilal" "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandesi transfer etmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə nəhəngi “qırmızı şeytanlar”ın kapitanına sərfəli müqavilə təklif edib.

"Əl-Hilal" rəhbərliyi Fernandesin agentləri ilə növbəti görüş keçirəcək.

Klub nümayəndələri potensial müqavilənin bütün təfərrüatlarını, o cümlədən maliyyə şərtləri ilə bağlı müzakirələr aparacaqlar.

Xatırladaq ki, Bruno Fernandesin "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью