Fernandeş: “Məqsədimiz çempionluq idi, amma olmadı”

07.07.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliya millisinin futbolçusu Brunu Fernandeş DÇ-2026-da İspaniyaya uduzduqları 1/8 final oyununu şərh edib.

Futbolpress.az FIFA-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Çox məyusuq, məqsədimiz çempionluq idi, amma olmadı. Təəssüf ki, öz səviyyəmizdə oynamadıq. İlk hissədə yaxşı çıxış etdik, lakin fasilədən sonra geri çəkildik və səhvlərə yol verdik.

İspanlar tərifə layiqdir. Onlar çox keyfiyyətli komandadır. Düşünürəm ki, ilk hissədəki oyunumuzu davam etdirə bilsəydik, nəticə fərqli alınardı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью