Fernandeş Ronaldoya çatdı

31.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fernandeş Ronaldoya çatdı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş klubun heyətində het-triklərinin sayını Kriştiano Ronaldonun göstəricisinə çatdırıb.

QOL.az xəbər verir ki, bu barədə "Squawka" "X" sosial şəbəkəsində məlumat yayıb.

Portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 2-ci turunda "İpsviç Taun"la keçirilən və 5:2 hesabı ilə başa çatan oyunda 3 qol vurub. Bu, Fernandeşin "Mançester Yunayted"də 3-cü het-triki olub. Kriştiano Ronaldo da klubun heyətində 3 dəfə bir oyunda üç qol vurub.

Qeyd edək ki, Bruno Fernandeş 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

"Mançester Yunayted" növbəti turda sentyabrın 6-da səfərdə "Everton"la qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью