Fernandeşin cavabı məlum oldu

03.06.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Yunayted”in futbolçusu Brunu Fernandeş Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”dan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi klubdan yaxşı məbləğli təklif almasına baxmayaraq, bundan imtina edib.

Fernandeşin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına kimidir.

30 yaşlı futbolçu başa çatan mövsümdə 57 oyunda 19 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью