Fernando Musleranın əvəzləyicisi sabiq Fənərbağça lı olacaq

13.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Qalatasaray" klubu ilə mövsüm sonunda müqavilə yeniləməyəcək Fernando Musleranı "Fənərbağça"nın sabiq, "Eyüpspor"un hazırkı qolkiperi Berke Özer əvəz edəcək.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub.

Berke Özer "Qalatasaray"la razılaşdıqdan sonra keçmiş klubu "Fənərbağça" ilə bağlı paylaşımlarını silib, hətta klubu izləyicilər siyahısından da çıxarıb.

Qeyd edək ki, 25 yaşlı Berke Özer bu mövsüm Türkiyə Superliqasında ən az qol buraxan qapıçıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью