Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” bu axşam “Tofiq Bəhramov”da “Lion”u qəbul edəcək. Təbii ki, oyun futbol ictimaiyyətinin maraq dairəsindədi.
Görəsən, yığmanın baş məşqçisi Fernando Santuş oyunu stadiondan izləyənlər sırasında olacaqmı? Bu sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:
“Baş məşqçinin köməkçiləri stadionda olacaq. Fernando Santuş özü dünən gedib. Dekabrın 5-də Bakıya dönəcək”.
ƏSƏD SEYİDOV