Fernando Santuşu gözlədən milli üzvü varmı? rəsmi açıqlama

18.03.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Martın 22-də Haiti, 25-də Belarus ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək millimiz dünən Bakıda təlim-məşq toplanışına başlayıb. Komanda bu gün saat 17.00-da “Neftçi” Futbol Mərkəzində məşq edəcək.

Bəs, baş məşqçi Fernando Santuşun çağırdığı bütün futbolçular düşərgəyə qatılıbmı? Xüsusilə legionerlər portuqaliyalı mütəxəssisin ixtiyarındadımı?
“Football-plus.az” bu suallarla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdi. Assossasiya rəsmisi saytımıza açıqlamasında bütün futbolçuların düşərgədə olduğunu dedi.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью