Fernandu Santuş Bakıya nə vaxt dönür?

04.12.2024

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Millinin baş məşqçisi Fernandu Santuş sön turlarda göz dəymir. Portuqaliyalı mütəxəssisin əsas köməkçisi Premyer Liqanın 15-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçını izləyənlər arasında olsa da, özü yox idi. Maraqlıdı, bəs o, hardadı?

Sport24.az-ın əldə etdiyi məlumata görə, 70 yaşlı mütəxəssis Azərbaycanda yoxdu. AFFA rəhbərliyindən icazə alan baş məşqçi şəxsi işləri ilə əlaqədar Bakını tərk edib. Onun sabah, daha dəqiq desək, noyabrın 5-də paytaxta dönəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan yığması portuqaliyalının rəhbərliyi altında başa çatan Millətlər Liqasında 6 oyuna çıxıb. Seçmə mərhələni 5 məğlubiyyət və 1 heç-heçə ilə başa vuran milli qrup sonuncusu olaraq D Liqasına düşüb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью