Fernandu Santuş: Bu nəticədən dərs çıxarmalıyıq AZƏRTAC

20.11.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 noyabr, AZƏRTAC

"Məğlubiyyətə görə bütün məsuliyyəti üzərimə götürürəm".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığmasına 0:6 hesabı ilə məğlub olduqları VI tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, erkən qollar buraxmalarının komandaya mənfi təsir etdiyini bildirib: "Rəqibin təhlükəli hücumçularına qarşı ciddi hazırlaşmışdıq. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Hücumda iki sürətli futbolçuya şans vermişdik. Bu nəticədən dərs çıxarmalıyıq. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью