Fernandu Santuş: “Bunu burada açıqlamayacam”

21.03.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Sabah baş tutacaq Azərbaycan - Haiti matçından öncə yığmamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

- Start heyəti bəllidir?
Kim sabah oynayacaqsa, artıq məlumdur. Qərarlaşdırmışam. 

- Sirr deyilsə, komandaya yeni cəlb olunan gənclərə bu və ya növbəti matçlarda şans verəcəksiz?
- İndidən sabah hansı heyətin olacağını deyə bilmərəm. Bəzi oyunçular start heyətində olacaq, bəziləri ehtiyat skamyada.

- Sabahkı matçdan gözləntiləriniz nədir?
- Yaxşı rəqibə qarşı oynayacağıq. Rəqibin yaxşı oyunçuları var. Onların son 5-6 oyunlarını izləmişik. Pozitiv və pozitiv olmayan cəhətləri var. Hamısını analiz etmişik. Onun üzərində işləmişik. Maraqlı oyun olacaq. Hücum futbolu oynayırlar. Analizdə göründü ki, iki hücumçu ilə oynayırlar. Hər ikisi hərəkətlidir, komanda yoldaşları da onları axtarır. Biri "Kayserispor"da, digəri AEK-də oynayır. Haiti elə millidir ki, top itkisindən sonra yenidən topu ələ keçirməyə çalışırlar. Müdafiə baxımından da zəif nöqtələri var, burada açıqlamayacam.

Millimiz yenə qələbə qazana bilmədi Yarımfinal mərhələsinin cavab matçlarının tarixi bəlli oldu “Qarabağ” – “Neftçi” görüşünün vaxtı açıqlanıb “Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar "Neftçi"nin qapıçısı 2 oyunluq cəzalanıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью