Fernandu Santuş: Futbolçularıma güvənirəm

08.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hər oyuna qələbə üçün çıxırıq".

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı mətbuat konfransında deyib.

Mütəxəssis millinin qarşıdakı oyunlara qələbə üçün çıxacağını vurğulayıb:

"Hər oyuna qələbə üçün çıxırıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Amma yeni layihənin başlanğıcındayıq. Gələcəkdə yaxşı olacağına ümid edirəm".

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan yığması bundan 3 gün sonra səfərdə İsveçin qonağı olacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью