Fernandu Santuş jurnalistlərin qarşısına çıxacaq

17.11.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 19-da, Solna şəhərindəki "Stouberri Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub. Sport24.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş yerli vaxtla saat 17:00-da media nümayəndələrinin qarşısına çıxacaq:

18 noyabr
İsveç milli komandası
11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
12:45. Mətbuat konfransı

Azərbaycan milli komandası

17:00. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью