Fernandu Santuş kameralar qarşısına çıxacaq

06.11.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Sport24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda yığmanın UEFA Millətlər Liqasında noyabrın 16-da Qəbələdə Estoniya və ayın 19-da səfərdə İsveç yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

Qeyd edək ki, Santuşun mətbuat konfransı noyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью