Fernandu Santuş: Komandam yaxşı çıxış etdi | Icma.az
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində səfərdə Latviya ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Düşünürəm ki, komanda oyuna yaxşı köklənmişdi.
İlk 15-20 dəqiqədə bir az problemlərimiz var idi. Xüsusən də topa nəzarət baxımından.
Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı.
İkinci hissədə topa nəzarət bizdə idi. Rəqibin qapısında təhlükə yarada bilirdik. Rəqib isə qapımızın qarşısında təhlükə yarada bilmədi.
Latviya millisi də hücum qurmağa çalışırdı. Ümumi götürəndə komandam yaxşı çıxış etdi.
Çatışmayan yeganə şey qol epizodlarını dəyərləndirə bilməmək idi. Məşqlərdə qapıya zərbələri çox çalışırıq.
Tam oxu
Xəbəri oxu