Fernandu Santuş: Mən sizə ümid vermirəm | Icma.az
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının 5-ci turunun Estoniya ilə oyunundan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb. - Niyə qələbə qazana bilmədik?
- Rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi.
20-ci dəqiqədən sonra biz oyunu yalnız hücumda keçirdik. Futbolçularım qələbə qazanmaq üçün əllərindən gələni etdilər.
Sonda lazım olan qolu vura bulmədik. Futbolda belə hallar olur. Oyunçuların yanaşması fərqli idi, sona qədər qələbə qazanmaq istəyirdilər.
Məyusuq ki, qalib gələ bilmədik. Rəqib komanda şəklində çox yaxşı müdafiə olundu. Futbolçularıma deyəcəyim bir sözüm yoxdur.
- D Liqasına yuvarlanmaq sizin üçün faciə sayılacaq? - Əlbəttə. D Liqasına düşmək istəmirdik. Təəssüf ki, belə oldu.
Tam oxu
Xəbəri oxu