Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2024/25 UEFA Millətlər Liqası C liqasında Azərbaycan millisinin sonuncu tur ərəfəsində qrupunda axırıncı yerdən qurtulmayacağı dəqiqləşib.
İdman.biz xəbər verir ki, son oyunların nəticələrindən asılı olaraq, komandamız ya birbaşa D liqasına düşəcək, ya da C-də qalmaq üçün aşağı liqada qrup ikincisi olanlardan biri ilə pley-offda mübarizə aparacaq.
Azərbaycan millisi D liqasına düşsə - bunun reallaşmaq ehtimalı daha yüksəkdir – o zaman rəqiblərindən biri Andorra ola bilər.
Hələ ki, yalnız adıçəkilən komandanın növbəti Millətlər Liqasında aşağı liqada oynayacağı dəqiqləşib.
C liqasında qrup sonuncusu olanlardan ən yaxşı göstəriciyə malik ikisi isə burada qalmaq şansını saxlayacaq.
Pley-offa getmək üçün sabah Azərbaycan millisi qalib gəlməli, həmçinin digər qrupdakı 2 xallı Lüksemburq isə evdə Şimali İrlandiya ilə oyunda qələbə qazanmamalıdır.
Rəqibimiz İsveçin artıq B liqasına vəsiqəni təmin etməsinin baş məşqçi Fernandu Santuşda bir qədər ümid yaratması mümkündür.