Fernandu Santuş: “Öz işimə köklənirəm”

29.08.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə matçlarından öncə baş məşqçi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb:

- Legioner limitinin ləğvinə ən çox etiraz etməli olan şəxs siz idiz. İndi peşman deyilsiz ki?
- Öncə, "Qarabağ"ı təbrik etmək istəyirəm. Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıblar. Düşünürəm ki, bu, "Qarabağ" üçün çox vacib nəticədir. Başda Qurban Qurbanov olmaqla, "Qarabağ"ın bütün oyunçularını təbrik edirəm. Əlbəttə ki, bu uğur Azərbaycan üçün böyük nailiyyətdədir. Avropada bir müddət "Qarabağ" və Azərbaycan haqda danışacaq. Sizin suala gəldikdə, o elə məsələdir ki, mənə aidiyyatı yoxdur. Mən sadəcə olaraq baş məşqçiyəm, öz işimə köklənirəm. Qalan məsələlər barədə Azərbaycan futbolundakı rəhbərlər qərar verir.

"Qarabağ"ın ÇL-dən əldə etdiyi gəlir bəlli olub "Ferentsvaroş"un qolkiperi: "Qarabağ" əks-hücumları yaxşı dəyərləndirdi" “Ferentsvaroş”un futbolçusu: "Qarabağ"ın fərdi keyfiyyətləri yüksəkdir” Kadi Borges: "Əsas mərhələdə əlimizdən gələni edəcəyik" "Kayrat"dan "Qarabağ"a kreativ təbrik - VİDEO
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью