Fernandu Santuş şans vermirsə Ozan Kökçünü uzaq Finlandiyadan niyə çağırır? İdman və Biz |…
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Estoniya millisinin hazırkı heyətində 12 legioner yer alsa da, Azərbaycan yığmasında xarici klublarda çıxış edən futbolçular sayı bunun yarısı qədərdir.
İdman.biz xəbər verir ki, Fernandu Santuş Estoniya və İsveçlə qarşıdakı oyunlar üçün heyətə altı legioner çağırıb və onlardan da mərkəz müdafiəçisi Zamiq Əliyev ilk dəfə əsas millinin formasını geyinə bilər.
Albaniyada “Eqnatia” klubunda çıxış edən 23 yaşlı futbolçu oktyabrda Estoniya və Slovakiya ilə matçlara dəvət alsa da, meydana çıxmamışdı – digər legioner futbolçumuz Ozan Kökçü kimi.
HJK klubunda oynayan 26 yaşlı yarımmüdafiəçi millimizlə Tallinn və Bakıya səfər etməsinə baxmayaraq, ötən ay bir dəqiqə belə şans qazanmadı.
Görünür, portuqaliyalı mütəxəssis sentyabrdakı matçlarda, o cümlədən start heyətində meydana çıxdığı Slovakiya səfərində (fasilədə əvəzlənib) Ozanın oyununu bəyənməyib.
Amma bəyənməyibsə, onu bizdən 2800 km uzaqlıqdakı Finlandiyadan Bakıya niyə çağırır? Rahil Məmmədov isə Polşadan milliyə boşuna gəlmir.
28 yaşlı müdafiəçi Fernandu Santuşun ən güvəndiyi legioner saymaq olar.
Tam oxu
Xəbəri oxu