Fernandu Santuş və Bədavi Hüseynov kimə səs verib?

18.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

FIFA dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasını səsvermədə baş məşqçi Fernandu Santuş və kapitan Bədavi Hüseynov təmsil edib.

Kapitan qalibi düzgün seçib. O, səsvermə zamanı Vinisiusun adını ilk pillədə çəkib. Portuqaliyalı mütəxəssis braziliyalı futbolçuya 2-ci sırada yer verib. Fernandu Santuş Lamin Yamalı ilin ən yaxşısı kimi dəyərləndirib.

Bədavi Hüseynov (Azərbaycan yığmasının kapitanı):
1. Vinisius Junior
2. Rodri
3. Dani Karvahal

FerFernandu Santuş (Azərbaycan yığmasının baş məşqçisi)
1. Lamin Yamal
2. Vinisius Junior
3. Rodri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью