Fernandu Santuş Yunanıstanda həmyerlisi ilə görüşdü

12.05.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Yunanıstanda səfərdə olub.

Sportal.az xəbər verir ki, o, Salonikidə keçirilən yunanıstan Superliqasının PAOK - AEK (1:0) görüşünü izləyib.

Portuqaliyalının bu görüşdə olmasının səbəblərindən biri də komandaya rəhbərlik edərkən PAOK-a dəvət etdiyi Vieyrinyanın futbolçu karyerasını bitirməsi olub.

Millimizin çalışdırıcısı 39 yaşlı futbolçuya “ağ-qaralar”ın xatirə lövhəsini təqdim edib. Xatırladaq ki, Santuş 2007-2010-cu illərdə PAOK-da çalışıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью