Fernandu Santuşa narazılığımızı bildirdik Rövşən Nəcəf

11.04.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin son vaxtlardakı uğursuz çıxışları haqda danışıb.

QOL.az xəbər verir ki, o, AFFA-nın Hesabat Konfransında deyib ki, millinin baş məşqçisi Fernandu Santuşla görüşdə ona narazılığını bildirib:

“Təəssüf ki, milli komandamız uğursuz nəticələrlə yadda qaldı. Biz bundan razı deyilik. Biz baş məşqçi Fernandu Santuşla müzakirələrimizdə narazılığımızı ona bildirdik. Bizim hədəfimiz odur ki, yığmamız qarşıdakı yoldaşlıq və rəsmi matçlarda uğurlu nəticə və məzmunlu oyun göstərsin. Həmçinin Avro-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişilməz olaraq qalır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью