Fernandu Santuşun mətbuat konfransı keçiriləcək

06.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

"Cebheinfo.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda yığmanın UEFA Millətlər Liqasında noyabrın 16-da Qəbələdə Estoniya və ayın 19-da səfərdə İsveç yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

Qeyd edək ki, F.Santuşun mətbuat konfransı noyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью