Fernandu Santuşun mətbuat konfransının vaxtı bilindi

17.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçlə oyundan əvvəl mətbuat konfransında iştirak edəcək.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabrın 18-də, Solna şəhərindəki “Stouberri Arena”da keçiriləcək mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı belədir:

18 noyabr
İsveç milli komandası

11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
12:45. Mətbuat konfransı
Azərbaycan milli komandası

17:00. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью