Fernandu Santuşun rəhbərlik etdiyi komandanın daha bir rəqibi müəyyənləşdi

24.02.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib. Sport24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma komandamız Latviya ilə qarşılaşacaq.

Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 25-də Belarus, iyunun 10-da isə Macarıstan ilə Bakıda yoldaşlıq görüşü keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью