Fərqanə Qasımova da fırıldaqçıların qurbanı oldu: Görün onu necə aldadıblar | Icma.az
Icma.az, Publika.az saytına istinadən bildirir. Əməkdar artist Fərqanə Qasımovanın başına iş gəlib.
Publika.az xəbər verir ki, dələduzların qurbanı olan xanəndə bu barədə sosial media hesabında paylaşım edib.
Müğənni bildirib ki, dələduzlar rəfiqəsinin adından istifadə edərək ondan 400 manat pul alıblar: "Ən yaxın rəfiqəmdən mənə zəng gəldi.
Nömrə başqa idi, amma onun profili və adı eyni idi. Zəngdən sonra mesaj gəldi. Mesajda "Fərqanə xanım, bankdayam.
Pul köçürdürəm, amma filan məbləğ çatmır" sözləri yazılmışdı. Nədənsə şübhələnmədim, çünki həmin rəfiqəmin şəklini gördüm.
O elə bir mədəni insandır ki, başqa heç bir şey ağlıma gəlmədi. Həmin çatmayan məbləği göndərdim.
Üstündən bir neçə dəqiqə keçəndən sonra mesaj gəldi. Mesajda "Birdəfəlik iki aylıq ödəyirəm.
Qurban olum, mənə 2 aylıq, yəni 400 manat göndərin ki, ödəyim və işə gedən kimi sizin pulunuzu karta göndərim" sözlərini yazmışdı.
Tam oxu
Xəbəri oxu