Fərqinə varmırsız: Eşqi bitirən 5 davranış

06.10.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi davranışlar münasibətlərdə normal görünsə də, zamanla ciddi problemlərə, hətta ayrılığa səbəb olur.


Tərəf müqabilinizlə yaşadığınız problemləri adi hesab edərkən, münasibətinizin səssiz-sədasız sona çatdığını fərq etməyə bilərsiniz. Sherg.az mütəxəssislərin fikirlərinə istinadən sevgini içdən-içə bitirən 5 davranışı təqdim edir...


1. Problemlərdən yan qaçmaq

Mübahisədən qaçmaq, zamanla daha böyük problemlər yaradır. Çünki görməzlikdən gəldiyiniz və ya danışmadığınız hər məsələ böyüyərək yığılır. Buna görə də münasibətdə problemləri açıq şəkildə danışmaq və həll etməyə çalışmaq aranızdakı bağı möhkəmləndirir.


2. Bir-birindən uzaqlaşmaq


Bəzən ayrı vaxt keçirmək münasibət üçün faydalı olsa da, partnyorunuzla kifayət qədər birlikdə olmamaq əlaqəni mənfi təsirləyə bilər. Bağınızı gücləndirmək üçün ortaq fəaliyyətlərə vaxt ayırın.


3. Kiçik yalanlar demək

Xırda yalanlar sizə zərərsiz görünsə də, münasibətdəki inam hissini zədələyir. Dürüstlük və açıq olmaq sağlam münasibətin ən vacib dayaqlarıdır.

4. Başqları ilə müqaisə etmək 

Münasibətinizi gördüyünüz başqa cütlərlə müqayisə etmək narazılıq və narahatlıq hissini artırar. Unutmayın, hər münasibətin özünəməxsus dinamikası var.


5. Tərəf müqabilinizi həmişə arxa plana salmaq 

Həyatınızdakı digər məsələlərə daha çox önəm verib Tərəf müqabilinizi arxa plana salmaq da münasibəti təhlükəyə ata bilər. Bunun qarşısını almaq üçün ona nə qədər dəyərli və xüsusi olduğunu daim hiss etdirin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью