“Fərqli Bir Axşam” konsertlər silsiləsi çərçivəsində Kamera Musiqisi Axşamı keçirildi FOTO

03.02.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Fərqli Bir Axşam" konsertlər silsiləsi çərçivəsində Kamera Musiqisi Axşamı keçirildi.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifaçılarından (Cəmilǝ Eralp (viola), Əyyub Əliyev (violonçel), Maqda Sarnicka-İbrahimova (pikkolo fleyta), Nǝrgiz Əliyeva (fleyta), Əminǝ Zülfüqarova (fleyta), Yelena Göyçayeva (violin), Ümüd Musayev (faqot), Sǝadǝt Xǝlilova (violin), Nicat Salmanov (fleyta), Mǝmmǝd Rǝcǝbli (klarnet), Ağasǝmǝd Hǝsǝnov (valtorna), Kamran Quliyev (valtorna), Elvin Mǝmmǝdov (valtorna), Nemǝt Tanırverdiyev (trombon), Aytac Rzayeva (violin), Kǝmalǝ Kǝrimova (violin), Aydan Salamova (violin), Şǝhla İbrahimova (violin), Elina Əliyeva (violin), Sǝbuhi Axundov (viola),
Zaur Ağayev (kontrabas) ) ibarət müxtəlif ansambllar klassikdən müasir dövrə qədər geniş repertuar təqdim etdilər.
Proqram J.Brahmsın Piano kvarteti, op.25, IV hissə - "Rondo alla Zingarese" əsəri ilə açıldı. Ardınca H.Beeftink-in "Fireflies" pyesi, J.Halvorsen-in (G.Handel mövzusu əsasında) "Passakaliya"sı, W.A.Mozart-ın b-moll, K.292 Sonatası və M.Moşkovski-nin Süitası səsləndirildi.
Axşamın lirik məqamlarından biri F.Schubertin "Arpeggione" Sonatasının I hissəsi oldu. Proqramda kino musiqisinə də yer verilərək E.Morricone-nin "La Califfa" filmindən fraqment təqdim edildi. Konsert K.Jenkins-in enerjili "Palladio" əsəri ilə yekunlaşdı.
"Fərqli Bir Axşam" silsiləsinin bu buraxılışı müxtəlif ansambl tərkibləri, janr zənginliyi və yüksək peşəkarlıq səviyyəsi ilə yadda qaldı.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью