Fərqli hədəfləri olanların Bayıl dueli | Icma.az
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Autsayder “Səbail” azarkeşləri önündə “Turan Tovuz”u qəbul edəcək. Matça saat 17:00-da start veriləcək.
Komandalar bu mövsüm üç dəfə üz-üzə gəlib. Son iki görüş bərabərliklə başa çatıb (hər ikisi 1:1), bir matç isə tovuzluların qələbəsiylə yeku
“Turan Tovuz” mövsümün birinci dövrəsində azarkeşləri önündə “dənizçilər”in müqavimətini qırıb – 1:0.
“Səbail” sona 6 tur qalmış 19 xalla sonuncu sıradadır. Bayıl klubu son 5 turda 3 dəfə məğlub olub, 2 heç-heçə edib.
9-cu sıradakı “Kəpəz”dən 5 xal geri qalan “Səbail” üçün artıq kritik dönəm başlayıb.
İtiriləcək hər xal komandaya Premyer Liqada qalmaq mübarizəsində zərbə olacaq. “Turan Tovuz” isə avrokubok yarışındadır.
Tam oxu
Xəbəri oxu