Ferqus Auld hansı komandanı dəstəkləyəcək? VİDEO

05.11.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) duelində Ağdam təmsilçisini dəstəkləyəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu axşam “Qarabağ” FK “Çelsi” ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və “Qırmızı Şeytan” (“Mançester Yunayted” azarkeşi – red.) kimi bu axşam ev sahibi komandaya köklənəcəyəm”, – o yazıb.

Qeyd edək ki, qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью