Ferran Torres Barselonanı tərk edə bilər

05.03.2025

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Aston Villa" heyətini gücləndirmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" "TodoFichajes" portalına istinadən xəbər verir ki, Birmingem klubunun yay üçün əsas hədəfi "Barselona"nın hücumçusu Ferran Torresdir.

"Aston Villa"nın baş məşqçisi Unai Emeri Torresi komandanın hücum xəttini gücləndirə biləcək oyunçu kimi görür.

"Aston Villa" 2023-cü ildən Torresi izləyir.

Gələn yay Birmingem 25 yaşlı Ferran üçün təxminən 40 milyon avro təklif edəcək.

2024/2025 mövsümündə Ferran Torres 29 oyun keçirib, 11 qol vurub və komanda yoldaşlarına 3 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью