Ferran Torres PSJ yə mümkün transferi xəbərlərinə reaksiya verib

16.06.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona”nın hücumçusu Ferran Torres “Pari Sen-Jermen”ə potensial transferi ilə bağlı xəbərlərə münasibət bildirib.

İdman.Biz-in məlumatına görə, daha əvvəl bildirilirdi ki, Paris klubu ispaniyalı oyunçunu Bredli Barkola ayrılacağı təqdirdə onun əvəzedicisi kimi görür.

“PSJ haqqında heç nə bilmirəm və [bu şayiələrə] əhəmiyyət vermirəm”, - Sport.es Ferran Torresdən sitat gətirir.

Ötən mövsüm “Barselona”nın hücumçusu bütün yarışlarda 49 oyunda meydana çıxıb, 21 qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью