“Ferrari Enzo” hərracda 17,9 milyon dollara satılıb | Icma.az
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sarı rəngli “Ferrari Enzo” ABŞ-da fəaliyyət göstərən “Mecum” hərracında 17,9 milyon dollara satılaraq bu model üçün açıq hərraclar tarixində rekord qiymət müəyyənləşdirib.
Reyting.az-ın xəbərinə görə, hərrac evinin yerli mətbuata verdiyi məlumata əsasən, parlaq sarı rəngli avtomobil mərhum amerikalı biznesmen Fil Bakmana məxsus dünyaca məşhur avtomobil kolleksiyasının bir hissəsi olub.
Bildirilir ki, bu model üzrə əvvəlki rekord satış qiyməti 2023-cü ildə 6 milyon dolları ötüb.
Cəmi 1 044 kilometr yürüşü olan bu avtomobil ABŞ bazarı üçün istehsal edilmiş, ümumilikdə 127 nüsxədən ibarət “Ferrari Enzo” modellərindən biridir.
Həmçinin bu avtomobil zavoddan “Giallo Modena” rəngində çıxan cəmi 36 nüsxədən biridir.
Avtomobilin salonu iki rəngli - “Rosso” və “Giallo” çalarlarında hazırlanmış oturacaqları ilə seçilir.
Fil Bakmanın kolleksiyasındakı digər “Ferrari” modelləri də hərracda rekord qiymətlərə satılıb.
Tam oxu
Xəbəri oxu