Ferrari ilk elektrik avtomobilinin təqdimatını təxirə saldı

09.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 9-da ilk elektrikli "Ferrari"nin təqdimatı, görünür, baş tutmayacaq.

Oxu.Az "Motor1"ə istinadən xəbər verir ki, bunu 2025-ci ilin birinci rübünün maliyyə hesabatının təqdimatı zamanı brendin baş direktoru Benedetto Viqna analitiklərə bildirib.

Onun sözlərinə görə, yeni akkumulyator məhsulu üç mərhələdə ictimailəşdiriləcək.

Qeyd edək ki, "Ferrari Elettrica" kod adı ilə tanınan elektrik avtomobili bir neçə ildir hazırlanır. Lakin onunla bağlı demək olar ki, etibarlı məlumat yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью