“Ferrari” seçim qarşısında: Hemilton, yoxsa Lekler?

24.11.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Formula-1” üzrə dünya çempionatında mübarizə aparan “Ferrari” komandasının pilotları Lyuis Hemilton və Şarl Lekler arasındakı münasibətlər getdikcə gərginləşir.

İdman.Biz xəbər verir ki, Las-Veqas Qran-prisində monakolu pilotun britaniyalı komanda yoldaşı ilə toqquşması mövsüm ərzində yaşanan münaqişələrin davamı olub. Hadisəyə görə Lekler 10 saniyəlik cəza alıb.

Komandanın rəhbəri Frederik Vassör baş verənləri qəbuledilməz adlandırıb.

Pilotlar arasında Niderland və Sinqapur Qran-prilərində yarış strategiyası ilə bağlı fikir ayrılığı yaşanıb. İtaliya və Meksikada isə onların trasdakı mübarizəsi komandanın nəticələrinə mənfi təsir göstərib.

BBC-nin “Formula-1” üzrə müxbiri Endryu Benson hesab edir ki, “Ferrari” növbəti mövsümdə çempionluq uğrunda mübarizə aparmaq imkanına malik olarsa, vəziyyət daha da mürəkkəbləşə bilər.

Hemilton karyerasında səkkizinci, Lekler isə ilk dünya çempionluğunu qazanmaq istəyir. Hər iki pilotun komanda daxilində liderliyə can atması rəhbərliyi çətin seçim qarşısında qoya bilər.

Bensonun fikrincə, pilotlar şəxsi ambisiyalarını komandanın maraqlarından üstün tutmağa davam edəcəkləri təqdirdə “Ferrari” onlardan biri ilə yollarını ayırmaq məcburiyyətində qala bilər.

Qeyd edək ki, Las-Veqas Qran-prisində niderlandlı Maks Ferstappen qalib gəlib. “McLaren” komandasının pilotları Lando Norris və Oskar Piastri müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью